bbc.co.uk navigation

Türkiyəyə qaz verilişi tədricən bərpa edilir

Son yeniləmə: 8 fevral, 2012 - 12:54 GMT

Şah Dəniz qaz yatağında çərşənbə axşamı aparılan profilaktik texniki tədbirlərdən sonra hasilata başlanılıb.

Yataqda hasilat işlərini aparan “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı BBC Azərbaycancaya bildirib ki, hasilat gün ərzində tədricən yüksələcək.

Türkiyəyə dayandırılmış qaz hasilatına gəldikdə isə, bu da, tədricən bərpa ediləcək.

“Daha sonra Səngəçal terminalından normal ixrac əməliyyatlarına başlanılacaq.

"Daha sonra Səngəçal terminalından normal ixrac əməliyyatlarına başlanılacaq. Normal hava şəraiti olsaydı daha tez bərpa edilə bilərdi"

Tamam Bayatlı, BP-Azərbaycan

Normal hava şəraiti olsaydı daha tez bərpa edilə bilərdi”, Bayatlı bildirib.

Bazar ertəsi axşama doğru Azərbaycan qazının Şah Dəniz yatağından Türkiyəyə ixracını dayandırılıb.

Səbəb isə yataqdakı platformanın elektrik enerjisi təchizatı sistemində əvvəlcədən planlaşdırılmış profilaktik işlər aparılması olub.

İşlər nəticəsində platformanın avtomatik elektrik dayandırma sistemi işə düşüb və platformadakı bütün əməliyyatlar dayandırılıb.

Şah Dəniz yatağından gündə 25 milyon kub metr qaz istehsal olunur.

Mövzuya aid

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.