bbc.co.uk navigation

Həftənin "ən soyuq" günü gözlənilir

Son yeniləmə: 8 fevral, 2012 - 10:46 GMT

Çərşənbə günü Azərbaycanda ən güclü şaxta olacağı gözlənilir.

Paytaxtda artıq güclü küləklə müşahidə edilən qar yağması davam edir.

Şimal-qərb küləyinin sürəti hazırda saniyədə 25-30 metrə çatır.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, günorta 3-5 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Çovğunla əlaqədar Təhsil Nazirliyi məktəblərin bağlanması barədə qərar qəbul etməsə də, uzaq məsafədə yaşayan və nəqliyyat problemi olanlara dərsə gəlməyi könüllü olduğunu deyib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib: "Əsas olan uşaqların cansağlığıdır"

Nəqliyyat

"Əsas olan uşaqların cansağlığıdır"

Bayram Hüseynzadə, TN mətbuat xidməti

Çərşənbə günü avtobuslar qısa müddətli rejimlə-saat 6-ya kimi işləyə bilər.

«Sərnişinnəqliyyat» MMC-nin avtobusla sərnişin daşımaları şöbəsinin müdiri Yunis Abdullayev APA-ya deyib ki, Bakı şəhərinin daxili marşrutlarında hərəkət edən sərnişin avtobuslarının sayı 3 dəfə azaldılıb.

Hazırda 2500 avtobusdan 700-ü xəttə çıxıb.

Xətlərdə olan gecikmələrlə bağlı Abdullayev, avtobusların az sürətlə hərəkət etdiyini səbəb göstərib.

Yollarında problem olan ərazilər Yasamal, Günəşli və Bakının digər qəsəbələridir.

Ölkə daxilində əksər magistral yollarında avtomobillərin hərəkəti mümkün olsa da, azlıq müşahidə edilir.

Ağsu aşırımı və Gəncə-Qazax yollarında mütəmadı qar yağdığından təhlükəli hesab edilir.

Hava yollarında isə bir sıra reyslər təxirə salınıb.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, uçuş bileti olan şərnişinlər aeroporta gəlməzdən əvvəl məlumat büroları ilə əlaqə saxlayıb vəziyyəti öyrənsinlər.

Azərbaycanda bu tip çovğun son on gündə Bakıda iki dəfə müşahidə edilir.

Ümumilikdə isə, soyuq hava şəraiti son 43 ildə ən pis hesab edilir.

Mövzuya aid

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.