
Ermənistana və Dağlıq Qarabağa qarşı düşmən təcavüz yaxud qəsd etsə, Ermənistan ordusu bütün imkanlarını cəmləşdirib vətənin müdafiəsinə yönəltməyə qadirdir, - deyib çərşənbə axşamı Yerevanda mətbuat konfransı zamanı Ermənistanın müdafiə naziri Seyran Ohanyan.
Seyran Ohanyan Ermənistan ordusunun sayca rəqibə geri qalsa da, yüksək döyüş ruhuna, lazımi hazırlığa və peşəkar zabit heyətinə malik olduğunu bildirib.
Nazirin sözlərinə görə, münaqişə tərəfləri arasında nisbi sabitliyk münaqişə tərəfləri arasında qüc tarazlığı sayəsində qorunur, sülh isə nisbi anlayışdır, çünki ön xətdə sülh şəraiti movcud deyil.
Ordumuzun böyük qismi, demək olar, müharibə şəraitindədir. Ona atəş açılır, o da atəşlə cavab verir. Rəqibin atəşlərini və bizim cavab tədbirləri hesablayanda, demək olar ki, nisbət birin onadır. Bir də ki, erməni tərəfinin atəşlərinin yalnız bir hissəsi rəqibə tuşlanır. Mən göstəriş vermişəm ki, yalnız rəqibin nişanə atəşlərinə və snayperlərin gülləsindən itki verdiyimiz halda cavab versinlər, - deyib Ohanyan. O, belə hallarda düşməni cəzalandırmaq və onun hərəkətlərinin qarşısını almaq üçün sərt tədbirlər görüldüyünü bildirib.
Seyran Ohanyan Azərbaycan tərəfinin silahlanması ilə bağlı bu ölkəni Avropada adi silahlar üzrə müqavilənin tələblərini pozmaqda suçlayıb.
Fövqaldövlətlər bu prosesə qiymət verməlidirlər, - deyib Ermənistan müdafiə naziri.
























