bbc.co.uk navigation

Bakıda propan qazı daşıyan yük maşınının aşması yanğına səbəb olub

Son yeniləmə: 8 fevral, 2012 - 13:43 GMT

Bakıda propan qazı daşıyan yük maşınının aşması və yanğına səbəb olması Nizami, Xətai və Sabunçu rayonlarına qaz verilişi müvəqqəti dayandırılmasına səbəb olub.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.

AzəriQaz İstehsalat Birliyinin Trendə verdiyi məlumata görə, maye qaz daşıyan yük maşını magistral qaz kəməri yaxınlığında aşdığından başqa qəzalara yol açmamaq üçün bu addım atılıb.

Qaz verilişinin axşama doğru bərpa ediləcəyi gözlənilir.

Nizami rayon Polis İdarəsi məlumat verir ki, hadisə çərşənbə günü saat 1-də Bakı neftayırma zavodunun yaxınlığında, qazdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

“Maye qaz daşıyan yük maşını yoldan çıxaraq aşıb. Nəticədə yanğınla müşahidə olunan partlayış baş verib”.

Hazırda 12-dən çox yanğınsöndürən maşın yanğının söndürülməsi üzərində iş aparır. Güclü külək isə iş prosesinə mane olur.

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.