
Ermənistan parlamentinin sayca ikinci fraksiyası hakim koalisiya üzrə həmkarları, prezident Serj Sarkisyanın rahbərlik etdiyi Respublikaçılar Partiyasının davranışına etiraz əlaməti olaraq, bazar ertəsi parlament iclasını boykot edib.
Tanınmış sahibkar Qaqik Tsarukyanın rəhbərlik etdiyi Firavan Ermənistan Partiyası fraksiyasının üzvləri iclas zalını tərk ediblər. Fraksiyanın üzvü Naira Zohrabyan bunu Respublikaçılar Partiyasının təmsilçisi, parlament sədri Samvel Nikoyanın dünənki iclas zamanı Firavan Ermənistan fraksiyasına ünvanlanan ədəbsiz bəyanatı və hərəkətləri ilə izah edib. Bazar ertəsi parlamentin spikeri Naira Zohrabyana Firavan Ermənistan fraksiyasının hakimiyyət tərəfindən təqdim edilən Maliyyə əməliyyatlarınınməhdudlaşdırılması haqqında qanun layihəsi üzrə səsvermədə iştirak etmədiyini izah etmək üçün söz verməyib.
Səsə qoyulan qanun layihəsi 3 milyon dramdan (təxminən 8 min dollar) artıq olan məbləğdə maliyyə əməliyyatların yalnız bank vasitəsilə gerçəkləşdirilməsini tələb edir və məqsədi, respublikaçıların təbirincə, korrupsiyaya qarşı mübarizədir.
Məqsəd heç də korrupsiyaya qarşı mübarizə deyil. Belə olsaydı, 2008-ci ildən gündəmə gətirilən qanun layihəsi çoxdan müzakirəyə çıxarılıb səsə qoyulardı, - deyib Naira Zohrabyan.
Müşahidəçilər bu mübahisəni may ayında gözlənilən parlament seçkiləri kontekstində iki hakim koalisiya partiyaları arasındamövcud olan ziddiyətlərin təzahürü kimi nəzərdən keçirirlər. Firavan Ermənistan ötən prezident seçkilərində Serj Sarkisyanın namizədliyini dəstəkləyib, seçkilərdən sonra Qanunçuluq Ölkəsi Partiyası və prezidentin rəhbərlik etdiyi Respublikaçılar Partiyası ilə koalisiya yaradıblar.

Güclü maddi bazaya malik olan Firavan Ermənistan əhalisinin az qala üçdə biri yoxsulluq həddindən aşağı ömür sürən bir ölkədə Milli Məclisdə çoxluq təşkil etmək üçün öz tərəfinə kifayət qədər seçici cəlb etməyə dadirdir. Partiya Robert Koçaryanın layihəsi hesab edilir və müşahidəçilər tez-tez, sabiq prezidentin yenidən böyük siyasətə qayıtmaq istərsə, Tsarukyanın ona dəstək olacağı ehtimalndan danışırlar. Lakin ötən il üç koalisiya partiyaları, o cümlədən Firavan Ermənistan Respublikaçılar Partiyası ilə birlikdə parlament seçkilərində bir birinə mane olmayacaqları və gələcək prezident seçkilərində Serj Sarkisyanın namizədliyini dəstəkləyəcəkləri haqqında memorandum imzalayıblar.
May ayında parlament seçkilərində bir sıra müxalif qüvvələr vahid blokla iştirak etməyə hazırlaşdıqlarını bəyan ediblər. Koalisiya partiyaları da imzaladıqları sənədə sadiq olduqlarını bəyan etsələr də, son vaxtlar respublikaçılarla Firavan Ermənistan arasında soyuqluq müşahidə olunur, Qaqik Tsarukyan isə hələlik öz mövqeyini açıq söyləməyib.
Bu arada Tsarukyanın partiyasına aidiyyəti olan bəzi şəxslərin ictimaiasayişi pozmaq və narkotik saxlamaq ittihamları ilə məsuliyyətə cəlb olunduğu və partiyanın məhəlli bölmələrindən onlarla üzvlərin partiya sıralarından çıxdığı haqqında məlumatlar alınır.
Firavan Ermənistan fraksiyasının Maliyyə əməliyyatlarının məhdudlaşdırılması haqqında qanun layihəsini dəstəkləməməsi də, lazım gələrsə,tərs oliqarxları nizam-intizama dəvət etmək aləti kimi nəzərdən keçirdiyi ehtimal olunur.
Firavan Ermənistan baş nazirin Ermənistanda bütün maliyyə dövriyyələri banklarda cəmləşdirmək siyasətinə qarşıdır. Oliqarxların əksəriyyəti bank vasitəsilə əməliyyatlardan daha çox nağd pulla hesablaşmağa üstünlük verirlər. Bu, onlara böyük məbləğdə vergilər və banklara komissiya faizi ödəməmək imkanı verir.
Hakimiyyət məhz bu hallarla mübarizə etmək niyyətində olduğunu və qanunun korrupsiyanın qarşısını almağa yönəldiyini bildirir. Lakin bunun üçün ölkədə qanun qarşısında hamıının bərabər olduğu şübhələnməyə əsas verməməlidir.
Çətindir kimi isə inaidırmaq ki, məsələn, hakim Respublikaçılar Partiyasını təmsil edən hər hansı bir oliqarx 8 min dollardan böyük məbləğdə nağd əməliyyat etsə, kimsə ona bu əəməliyyatın qeyri-qanuni olduğunu xatırladar. İmtiyazlı olmayan şəxslərə aid isə qanun olduqca sərt tətbiq edilər, - deyir siyasi icmalçı Naira Hayrumyan.
Görünür, Firavan Ermənistan Partiyasının qanun layihəsini qəbul etməməsinin səbəbi də məhz budur. Tsarukyan yaxşı anlayır ki, bu qanun onun özü üçün tələyə çevrilə bilər. Onun imzaladığı memoranduma sadiq qaldığı hələlik şübhələnməyə bir əsas vermir, lakin o, istənilən vaxt mövqeyini dəyişə bilər. Və Tsarukyanı, o cümlədən onun maliyyə vəsaitlərini nəzarət altında saxlamaq üçün Serj Sarkisyana müxtəlif vasitələr lazımdır. Və bank əməliyyatları haqqında qanun belə vasitələrdən biri ola bilər.
























