
Ermənistan atom elektrik stansiyasının yeni enerji bıokunun tikintisində Rusiya da iştirak edə bilər. Bu fikri Rusiya hökumət nümayəndə heyətinin tərkibində Yerevanda səfərdə olan Rosatom şirkətinin rəhbəri Sergey Kiriyenko söyləyib.
Maliyyələşdirmə məsələsi, məncə, əsasən Ermənistan hökuməti üzərinə düşür, lakin biz Rusiyanın iştirakını da nəzərdən keçiririk. Mən artıq demişəm ki, Rusiya tərəfinin iştirak payı 20-25 faiz təşkil edər, lakin biz daha böyük rəqəm də müzakirə edə müzakirə edə bilərik. Hər halda, səhmlərin 50 plyus 1 faizinin sahibi Ermənistan hökuməti olmalıdır. Bütün bunlar danışıqlar predmetidir, - deyib jurnalistlərə Sergey Kiriyenko.
Yeni enerji blokun tikintisini 2020-ci ildə başa vurmaq planlaşdırılır. Kiriyenko hazırlıq işləri görmək, ilk növbədə blokun yerləşdiriləcəyu layın seysmik möhkəmliyini müəyyən etmək üçün kifayət qədər vaxt olduğunu bildirib.
Onun sözlərinə görə, atom stansiyasının tikintisi üçün müştərək Metsamor-İnterRAO şirkəti yaradılıb. Ermənistan atom stansiyasının yeni enerji blokunun Rusiyada istehsal olunan ВВЭР-1200 reaktoru ilə təchiz olunacağı nəzərdə tutulur.
Düşünüb taptığımız 3+ tipli bloklar Avropa İttifaqının tələblərinə uyğunluq sertifikasıyasından keçib. Müasir Rusiya blokları, necə deyərlər, dünyada fukuşima təhlükəsizlik tələblərinə uyğun olan yeganə bloklardır, - deyib Sergey Kiriyenko.
Kiriyenko Ermənistanın Metsamor yaşayış məntəqəsində yerləşən atom stansiyasına baş çəkib və hal hazırda da stansiyada təhlükəzliyin təmin olunması üzrə görülən işləri müsbət qiymətləndirib.
Metsamor elektrik stansiyası bölgədə fəaliyyət göstərən yeganə atom stansiyasıdır. Stansiyanın hər iki enerji bloku rusiyada istehsal olunmuş ВВЭР-440 tipli birinci nəsl reaktorları ilə təchiz olunub.
Hazırda stansiyanın birinci bloku dayandırılıb, 407,5 MVt gücündə ikinci bloku işləyir və Ermənistanda istehsal olunan elektrik enerjinin 40 faizini ödəyir. Ekspertlər hesab edirlər ki, stansiya 2016-cı ilədək işləyə bilər.
Əslində Ermənistan hökuməti mövcud olan stansiyanın yerində gücü 1000 MVt olan yeni stansiya tikməyə hazırlaşır. İlkin hesablamalara görə, layihənin gerçıklışdirilməsi üçün təxminən 5 milyard dollar tələb olunur.
























