bbc.co.uk navigation

Sizin şəkillərdə: Bakıda qar

Son yeniləmə: 2 fevral, 2012 - 12:46 GMT

snow_storm_baku

  • Bakıda qar
    Bakıya yağan güclü qar nəticəsində son gün ərzində 11 yol qəzası baş verib, 16 nəfər yaralanıb, üç nəfər həyatını itirib. Foto: Vahid Qasımov
  • Bakıda qar
    Qar uşaqları sevindirsə də, böyüklərin işə getməsinə mane olub və ya çətinlik yaradıb. Foto: Nəzakət Zeynallı
  • Bakıda qar
    Bir çox yerlərdə məktəblər bağlanıb. Aran bölgəsində fevralın 4-5-ə nəzərdə tutulan yuxarı sinif şagirdləri üçün yoxlama imtahanları da başqa vaxt keçirilib. Foto: Nəzakət Zeynallı
  • Bakıda qar
    Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası xəbər verir ki, çərşənbə günü gecədən bəri pisləşən hava şəraiti ilə əlaqədar 1469 çağırış olub, 169 nəfər xəstəxanalara çatdırılıb. Foto: Nəzakət Zeynallı
  • Bakıda qar
    Paytaxtda avtobusların sayı üç dəfə azaldılıb, onlar da yalnız şəhərin mərkəz və dağlıq olmayan ərazilərində işləyir. Foto: Nəzakət Zeynallı
  • Bakıda qar
    Nəqliyyat Nazirliyi Bakıdan rayonlara gedən avtobusların işləməsində problem yarandığını bildirib. Nazirlik deyib ki, rayonlara nəzərdə tutulan 35-40 avtobus əvəzində cəmi 11-i işə çıxıb. Foto: BBC Azeri
  • Bakıda qar
    Bakıda hava şəraitinin ən çox təsir etdiyi ərazilər Yasamal, Günəşli, Əhmədli və 9-cü mikrorayondur. Vəziyyətin fevralın 5-ə kimi dəyişməsi gözlənilmir, lakin ən ağır şərait cümə axşamı gününə gözlənilir. Foto: BBC Azeri

Bakıda və ya rayonlarda çəkdiyiniz "qarlı" fotoları bizə göndərin. Şəkillər üçün ünvanımız: pics.azeri@bbc.co.uk

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.