Türkiyə Ermənistan vətəndaşlarına vizanı sərtləşdirib

Son yeniləmə: 28 yanvar, 2012 - 11:16 GMT
Viza

Fevralın birindən üçaylıq vizanı sərhəddə təzələyib yenidən ölkəyə girmək mümkün olmayacaq.

Buna rəsmi statusa malik olmayan şəxslərin Türkiyədə uzun müddət qalmasını çətinləşdirən miqrasiya qanunvericiliyində edilən dəyişikliklər səbəb olub.

Fevralın birindən qüvvəyə minən dəyişikliklərə əsasən, viza müddəti tükəndikdən sonra yeni viza almaq üçün ən azı üç ay gözləmək lazım gələcək.

Viza müddətini aşanlar böyük məbləğdə cərimə oluna bilər.

Türkiyədə müvafiq icazə sənədi olmadan işləyən Ermənistan vətəndaşları kütləvi surətdə vətənə qayıtmağa məcburdur.

Türkiyəni tərk edən ermənilərlə söhbət edən Hurriyet Daily News qəzetinin jurnalisti Vercihan Ziflioğlu viza müddəti başa çatanların fevralın birindən cərimə verməyə məcbur olduqlarından, Türkiyəni tərk etməyə başladıqlarını söyləyib.

“Son günlər Ermənistan və Gürcüstan istiqamətində böyük axın müşahidə olunur. Onlar burada qazandıqları hesabına bir təhər ailələrini saxlaya bildiklərini deyir. Bu, olduqca yoxsul ailələrdir - gürcülər və ermənilər”, - deyib jurnalist.

O, Türkiyəni tələsik tərk edənlər arasında Gürcüstanlı ermənilər və azərbaycanlıların olduğunu da bildirib.

Vaşınqtonda fəaliyyət göstərən Daşnaktsütyün partiyasının “Erməni məhkəməsi” ofisi Ankaranın miqrasiya siyasətini tənqid edib.

Mövzuya aid

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.