Bakı və Kiyev qaz sazişi imzalayacaq

Son yeniləmə: 27 yanvar, 2012 - 10:36 GMT
Davos

Davos Forumunda iştirak edən tərəflər təbii qazın nəqli üçün müştərək şirkətin yaradılmasına dair saziş imzalayacaqlar.

Bu barədə planlari ilə Azərbaycan Ukrayna danışıqlarından sonra prezident Viktor Yanukoviç bölüşüb.

“Ukrayna Xəzər qazının nəqlində istehlakçı və öz resurslarımızı cəlb etməklə qaz-nəqliyyat sisteminin inşasında iştirak edəcək ölkə kimi işləri davam etdirəcək. Biz bunda maraqlıyıq”, - Trend agentliyində Ukrayna prezidentindən iqtibas gətirilir.

Viktor Yanukoviç qaz layihələri ilə bağlı Ukrayna, Azərbaycan və Türkiyə arasında üçtərəfli danışıqların davam etdirildiyini bildirib.

Unian agentliyi ildə 5 milyard kubmetr qazın Ukraynaya ixracı barədə sazişin prezidentlərin iştirakı ilə imzalanacağını xəbər verir.

Yeni təşəbbüs ötən ilin yanvar ayında Ukraynaya maye qazın ixracı ilə bağlı imzalanmış müqaviləyə əsaslanır.

Layihə Ukraynanın Qara dəniz sahilində qazın mayeləşdirilməsi üzrə terminalın inşası və müştərək müəssisənin qurulmasını nəzərdə tutur.

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.