"Evləri təkrar satılanların" aksiyası hər həftə keçiriləcək

Son yeniləmə: 24 yanvar, 2012 - 11:25 GMT

Etirazçılara Bakı Şəhər İcra Hakimiyyətinə getmək tövsiyyə edilib. (müəllif: Natiq Ədilov)

“Gen”, “Kamran” və “Birlik” tikinti şirkətlərinin “aldadılmış əmanətçiləri”nin bugün Prezident Administrasiyasının binası qarşısında növbəti aksiyası keçirilib.

İştirakçılar prezident administrasiyasından onların problemlərinin həllində kömək göstərilməsini istəyiblər.

Prezident Administrasiyasının mühafizə xidmətinin əməkdaşları aksiya iştirakçılarına Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi tövsiyyə ediblər.

Bundan sonra aksiya iştirakçıları Prezident Administrasiyası mühafizə xidməti əməkdaşlarının müşayiətilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) binası qarşısına yollandılar.

Lakin BŞİH-də onları qəbul etməyiblər, və aksiya iştirakçılarını müşayiət edən şəxsə "onlar ne etməli olduqlarını bilirlər" sözləri deyilib.

Soyuq, qarlı hava şəraitindəkeçən aksiyada təxminən 80-90 nəfərədək adam iştirak edib, onların əksəriyyəti əsasən yaşlı sakinlər olub.

Aksiyanın şüarları “Evimizi istəyirik!”, “Gen” və “Kamran” MMC, evimizi qaytar”, “Pulumuzu versinlər!” olub.

Aksiyaçıların ötən həftə keçirdikləri mətbuat konfransında dövlət başçısına, ombudsmana, Baş Prokuroluğa çoxsaylı müraciət etdiklərini lakin “problemlərinin bu günə qədər həll olunmadığını” deyib.

Aksiyada iştirak edən fəallar irəli sürülmüş tələblər yerinə yetirilənə qədər aksiyaları hər həftənin çərşənbə axşamı günü keçirmək qərarına gəlindiyini bildiriblər.

Bundan əvvəlki aksiyaların nəticəsi olaraq adı çəkilən şirkətlərə “fırıldaqçılıq və xidməti vəzifədən sui-istifadə” maddəsi ilə cinayət işi açılıb və şirkətlərin məsul şəxsləri saxlanılıb.

Mövzuya aid

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.