
Rəsmi Yerevan Fransa Senatı tərəfindən soyqırımların inkar edilməsinin kriminallaşdırılması haqqında qanun layihəsini qəbul etdiyi üçün Fransa rəhbərliyinə minnətdarlığını bildirib.
Qanun layihəsinin qəbul olunması ilə bağlı Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu günün tək Ermənistan və Fransa xalqlarının dostuğu tarixinə deyil, insan haqları müdafiəsinin dünya salmanəsinə qızıl hərflərlə yazılacağını, bəşəriyyətə qarşı cinayətlərin qarşısı alınması mexanizmlərini tamamlayacağını, Fransanın ümumbəşər dəyərlərin təmənnasız havadarı rolunu təsdiqlədiyini" bildirib.
Bazar ertəsi Fransa Senatı (parlamentin Yuxarı Palatası) 7 saat davam edən dinləmələrdən sonra 127 lehinə, 86 əleyhinə səslə Fransa qanunlarına əsasən tanınmış soyqırımların inkar edilməsi üçün cəza tədbiri nəzərdə tutan qanun layihəsini qəbul edib.
Fransa Milli Məclisinin (parlamentin Aşağı Palatasının) ötən il dekabrda təqdir etdiyi qanun layihəsinə əsasən, soyqırımların inkar edilməsinə görə 1 il həbs cəza tədbiri və 45 min avro cərimə nəzərdə tutulur.
Ankara dərhal öz səfirini Parisdən geri çağırıb, Fransaya qarşı bir sıra siyasi və iqtisadi sanksiyalar tətbiq edib və qanun layihəsi qəbul olunacağı təqdirdə, daha sərt tədbirlərə əl atacağını bəyan edib.
Ankara Birinci Dünya Müharibəsi illərində Osmanlı Türkiyəsi ərazisində tək ermənilərin deyil, türklərin də kütləvi şəkildə məhv olduğunu təkid edir və ermənilərin iddialarını əsassız hesab edir.
Eyni zamanda bir sıra ölkələrdə erməni soyqırımı rəsmən tanınıb. 1965-ci ildə Uruqvay, daha sonra Rusiya, Fransa, İtaliya, Almaniya - ümumiyyətlə, 18 ölkə, 42 ABŞ Ştatı, Vatikan, Avroparlament və Dünya Kilsələr Şurası tanıyıblar.
























