
Bakıda narazı taksi sürücülərinin etiraz aksiyası cümə axşamı günü də davam edib.
Aksiya Nəqliyyat Nazirliyi qarşısında keçirilib.
Beləliklə taksi sürücülərinin aksiyası artıq 6-cı gündür ki davam edir.
BBCAzeri.com-un Bakıdakı müxbirinin məlumatına görə, aksiyada 100-dən artıq sürücü iştirak edib.
Aksiyanın qarşısını almağa cəhd göstərən polis iştirakçılardan 15 nəfəri saxlayıb.
Xəbərlərə, görə bu dəfə sürücülərə «Nida» və «Dalğa» gənclər təşkilatları da dəstək veriblər.
























