İraq ermənilərinin 40 faizi son bir neçə ildə bu ölkəni tərk etməyə məcbur olublar, deyib As-Samariya televiziya şirkətinə İraq erməni kilsəsinin rəhbəri Masis Şahinyan.
Masis Şahinyan erməni kilsəsinin 10 min məsləkdaşlarının 2003-cü ildə İraq muharibəsi başlanandan İraqdan çıxıb getdiklərini bildirib.
2003-cü ildən sonra bölgədə təhlükəsizlik problemləri və ölkənin iqtisadi vəziyyəti səbəbindən erməni icmasının sayı xeyli azalıb
Keşiş İraqda qədimdən yaşayan ermənilərin əksəriyyətinin Bağdad, Mosul, Kərkük və Bəsrə şəhərlərində məskunlaşdığını söyləyib.
Onun sözlərinə görə, hazırda İraqda yaşayan ermənilərin sayı 15-16 min təşkil edir, bir halda ki, 2003-cü ildə 25 mindən artıq olub.


































