
Rəsmi Bakıdan Fransa parlamentinin erməni soyqırımını sərt tənqid edən bəyanatların verilməməsi sosial media istifadəçilərini hərəkətə gətirib.
Bir qrup istifadəçi gənc fəal Fransanın söz azadlığına zidd qərarına etiraz adlı onlayn aksiya təşkil edib. Aksiyanın səhifəsində yazılıb:
Fransada erməni soyqırımını inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbulunu pisləyirik. Bu addımın söz və ifadə azadlığı prinsiplərinə qətiyyən uyğun olmadığını bəyan edirik.
Natiq Ədilov qanun qəbul edildiyi gün Azərbaycanla Fransa arasında iqtisadi sahədə memorandumun imzalanması xəbərinə belə fikir bildirib:
Hakim ailə Azərbaycan xalqını əməlli-başlı ələ salır. Bunun başqa adı varsa lütfən yazın
Lakin Ədilov düşünür ki, ölkənin rəsmi qəzetlərində memorandum xəbərinin dərc edilməməsi və paylaşıldığı saytdan da çıxarılmasına səbəb hökümətin ictimai rəydən qorxmasıdır.
Vüsal Həmzəyev düşünür ki, Fransa kimi Avropa ölkələrində belə qanunların qəbulu üçüncü ölkə vətəndaşlarının ümidlərini puç edir. Həmzəyev qəbul edilmiş qadağanı Kommunist Rumıniyasında (Ceaușescu diktaturası) və ya müasir Türkmənistanda ortaya çıxan absurd qanunlara bənzətdiyini yazıb.
Əfsanə Ələsgərli yazır ki, Fransa senatının erməni soyqırımı qanununu qəbul etməsi ilə bağlı qərarın türk dünyasının səbrini daşırmaq üzrədir.
Eyvaz Qocayevi başqa məsələ düşündürüb. Qocayev, bütün iqtisadi və rəsmi əlaqələri kəsən türklərin fransız sözlərini də ləğv edib-etməyəcəkləri ilə maraqlanıb.
Tvitter sosial şəbəkəsində ən çox yayılmış statuslardan biri Fransa prezidentinin Azərbaycana gələndə Şəhidlər Xiyabanına getməməsi olub. Yaşar Hüseyn və digərləri düşünür ki, bu, Azərbaycan xalqına qarşı böyük təhqirdir.
Məcid Mərcanlı isə birinci xanım Mehriban Əliyevanın açıqlamasını gözlədiyini bildirib.
Bloqlar
Hadisə öz əksini bloqlarda da tapıb. Respublikaçı Alternativ (REAL) hərəkatının həmtəsisçisi İlqar Məmmədli qanunun qəbulu ilə bağlı Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr qrupunun başçısı Mehriban Əliyevanın hələ də rəyini bildirmədiyini yada salıb.
O, Mehriban Əliyeva dinmədi adlı bloqyazısında bir neçə məmurun sönük bəyanatlar verdiyini deyib və bunu Türkiyəyə deyil, Madaqaskarın işinə dəstək verilməsinə bənzədib.
Məmmədli Azərbaycanın görməli olduğu tədbirlər haqda məsləhət də yazıb:
Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr qrupu gücləndirilmiş tərkibdə azı bir ay Parisdə qalmalı, görüşlər keçirməli, müsahibələr paylamalı, hər kəsə bu vicdansızlığa son qoyulmasının vacibliyini göstərməli idi.
Türkiyə Baş Naziri Rəcəb Tayyib Ərdoğanın Parisə qəzəbli reaksiya verərək Əlcəzairdə soyqırım törətməkdə günahlandırmasına dair BBC Azərbaycancada dərc olunmuş Klikləyin xəbərə fikrini bildirən Elmar Canəhmədov adlı oxucumuz isə belə şərh verib: "Bu barədə parlamentdə və TV-də guruldamaqdansa, əlcəzairlilərin Fransa hökuməti tərəfindən soyqırıma məruz qalmasına dair qətnamə/qanun qəbul edin".
Məsələ ilə bağlı şərh və suallarınızı Klikləyin Facebook səhifəmizə yazın və ya azeri@bbc.co.uk ünvanına göndərin.
Cümə axşamı Fransa parlamentinin aşağı palatası erməni soyqırımını dananlara 45 min avro cərimə və bir ilədək həbs cəzası məsuliyyəti qoyan qanunun qəbulu ilə bağlı müsbət qərar çıxarıb. Elə həmin gün Türkiyə səfirini Fransadan geri çağırdığını bildirib.
Azərbaycan rəsmiləri qanuna etiraz tipli bəyanatlar versələr də, ictimaiyyət prezident İlham Əliyev və xanımı Mehriban Əliyevadan sərt bəyanatlar gözlədiklərini dilə gətirib.
Erməni tərəfi iddia edir ki, I Dünya Müharibəsi dövründə bir milyon yarım erməninin Osmanlı türkləri tərəfindən öldürülüb. Fransa on ildir ki, bu kütləvi ölümü "soyqırım" kimi tanıyır.
Rəsmi Türkiyə isə rəqəmlərin şişirdildiyini və müharibə dövründə hər iki tərəfdən ölüm-itim olduğunu bildirir.
























