bbc.co.uk navigation

Rəsmi Yerevan Fransa parlamentinin addımını alqışlayır

Son yeniləmə: 22 dekabr, 2011 - 13:46 GMT
Edvard Nalbandyan

“Fransa öz əsil insan haqları beşiyi yüksək ada layiq olduğunu və ümumbəşər dəyərlərə sadiq qaldığını bir daha təstiqləyib”.

Bu sözlərlə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Fransa parlamenti tərəfindən erməni soyqırımının inkar edilməsi üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsiylə bağlı öz münasibətini bildirib.

Edvard Nalbandyan “Fransa ali rəhbərliyi, Milli Məclisi və bütün Fransa Xalqına” təşəkkürünü bildirib.

“10 il bundan əvvəl qanun qüvvəsilə erməni eoyqırımı tanıyan Fransa xalqı insan haqlarının ali dəyər olduğunu nümayiş etdirdi, bu gün isə, qanun layihəsini qəbul edərək, bir daha təstiqlədi ki, insanlığa qarşı törədilən cinayətlərin kohnəlmə müddəti olmur və onların inkar edilməsi birmənalı olaraq pislənmıəlidir”, - deyilir Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bəyanatında.

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.