
Fransa parlamentində "erməni soyqırımı"nı tanımayanların cəzalandırılmasına dair qanunun qəbulunun ardınca Türkiyə Fransa ilə siyasi, hərbi, təhsil və digər bütün sahələrdə əlaqələri kəsdiyini və Türkiyənin Parisdəki səfirini məsləhətləşmələr üçün geri çağırdığını bəyan edib.
Türkiyədə qanunun qəbuluna reaksiya verən Baş Nazir Rəcəb Tayyib Ərdoğan Fransa ilə hər cür siyasi müzakirələrin durdurulduğunu bəyan edib.
O, soyqırım iddiaları ilə bağlı təkcə Fransa xalqının deyil, "Afrikanı və Yaxın Şərqi də məlumatlandırma səylərinin" davam edəcəyini bildirib."Bu iqrçi münasibəti onlara izah edəcəyik" - o, əlavə edib.
Müşahidəçilər Türkiyə liderinin bu sözlərlə Fransanın Afrikada müstəmləkəçiliyi dövründə insanların kütləvi öldürülməsinə diqqəti yönəltdiyini hesab edirlər.
"Fransada ifadə azadlığı varmı" deyə sual edən Ərdoğan sualını "Yox" deyərək özü cavablandırıb.
O, Fransada siyasətçilərin "sırf seçim qazanmaq üçün Türkiyə ilə düşmənçiliyə" üstünlük verdiyini iddia edib.
"Bizim tariximizdə belə bir soyqırım yoxdur" - deyib cənab Ərdoğan.
























