bbc.co.uk navigation

Azərbaycanda yeni RSL tikilə bilər

Son yeniləmə: 12 dekabr, 2011 - 08:03 GMT
kabala rls

Azərbaycanın Daryal RSL-də 1400-ə qədər Rusiya hərbçisi çalışır

Rusiya 2017-ci ildən Azərbaycan ərazisində yeni radiolokasiya stansiyasını (RLS) tikmək istəyindədir.

Qəbələdə yerləşəcək “Voronej-VP” RLS-i Azərbaycana deyil, Rusiyanın mülkiyyəti sayılacaq.

RİA-Novosti xəbər verir ki, “Akademik Minç adına Radiotexnika İnstitutu” (ASC)-nun baş direktoru Vladimir Savçenko deyib ki, bu, “modul tipli stansiya olacaq. Yəni bu stansiyanı istənilən vaxt sökərək başqa yerə aparmaq və yenidən quraşdırmaq mümkündür”.

Yeni RLS-in tikintisinin bitirilməsi 2019-cu ildə nəzərdə tutulsa da, hələ tam layihə barədə Azərbaycan tərəfindən razılıq əldə olunmayıb.

Savçenko Azərbaycana aid olan “Daryal” stansiyasının sökülməyəcəyini bildirib.

“Daryal” RLS-i on ildir ki, Rusiyanın icarəsindədir, buna görə Azərbaycana ildə 14 milyon dollar ödənilir. Bu ilin ortalarında icarənin vaxtını uzatmaq üçün Rusiya danışıqlar aparacığını bildirib.

1985-ci ildə istifadəyə verilən Qəbələ RLS keçmiş SSRİ-də raketdən müdafiə kompleksinin səkkiz stansiyasından biri olub. Stansiya 6000 km radiusdakı məsafəyə, yəni Amerika qitələri istisna olmaqla bütün ərazilərə nəzarət edə bilir.

Mövzuya aid

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.