bbc.co.uk navigation

Fotojurnal: Qarabağ fotoqrafın gözü ilə

Son yeniləmə: 7 dekabr, 2011 - 16:19 GMT

Qarabağ jurnalistin gözü ilə

  • Qandzasar, Dağlıq Qarabağ

    1994-cü ildə Londonda İndependent qəzetinin Şəkillər şöbəsində işləyəndə Böyük Britaniyadan humanitar təyyarənin Dağlıq Qarabağa uçacağını öyrəndim və tələsik şöbə redaktorundan məni ora göndərməsini xahiş etdim.

  • Azərbaycan-Ermənistan sərhəddi

    O, razılaşdı və avqust ayında mən Cənubi Qafqaza ilk səfərimi etdim. Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşması bundan bir neçə ay öncə imzalanmışdı və beynəlxalq müşahidəçilər xəbərdarlıq edirdi ki, həssas atəşkəs rejimi günlər və ya həftələr ərzində pozula bilər və dava yenidən qızışa bilər.

  • Ermənistan-Azərbaycan sərhəddi

    Belə olmadı, amma Ermənistandan Qarabağa səyahət təhlükəli idi. Bu o vaxtlar idi ki, jurnalistləri və yardım işçilərini daşıyan hərbi vertolyot dağa dəyib parçalanmışdı və başqa seçimi yox idi, çünki Azərbaycan təyyarələrinin yaxınlıqda olmasına dair radio mesaj almışdı.

  • Stepanakert/Xankəndi

    Məni hərbi vəziyyət deyil, insanlar maraqlandırırdı.

  • Stepanakert/Xankəndi

    O insanlar ki, 18 il davam edən siyasi manipulyasiya və intriqalar ucbatından, davamlı sülhə ümidləri daim yerlə-yeksan olmuşdu.

  • Karintak, Qarabağ

    O zaman hərbi bufer zonası elə belə də adlanırdı. Ermənistan tərəfi - hətta 1999-cu ildə qətlə yetirilmiş o zamankı müdafiə naziri Vazgen Sarkisyanla apardığımız müsahibələrdə də - torpaqları “azad edilmiş” adlandırmırdı.

  • Karintak, Dağlıq Qarabağ

    O zaman onlar sadəcə - bu gün rəsmi səviyyədə olduğu kimi - mübahisəli ərazinin statusu haqqında danışıqlarda istifadə edilən sövdələşmə kartı kimi görünürdü. Və o zaman Cənubi Qafqazda sülh və sabitliyə qapı aça biləcək danışıqlar yolu ilə həllə ümidlər vardı.

  • Qarabağdan qaçqın, Yerevan 1994

    Ermənistanda və Qarabağda millətçi təşviqatçılardan biri olan erməni yazıçısı Zori Balayanın müşaiyətilə belə bir təbliğat aparılırdı: Ermənilər və azərbaycanlıların ortaq heç nəyi yoxdur, onlar düşmən olaraq qalmağa məhkumdurlar.

  • Azərbaycanlı əsirlər, Qarabağ

    Ancaq mən və Time jurnalından olan iki jurnalist eşidəndə ki, Azərbaycandan olan əsirlər Stepanakert/Xankəndindəki xəstəxananın mərtəbələrindən birində saxlanılır, biz jurnalistlər üçün təşkil olunmuş turdan qaçmağa nail olduq və təəccüblü bir səhnə ilə qarşılaşdıq.

  • Azərbaycanlı əsirlər, Qarabağ

    Erməni həmvətənləri kimi istəklərinin əleyhinə olaraq hərbi xidmətə çağrılmış hərbi əsirlərdən başqa, burada azərbaycanlı mülkilər də, digər tərəfin əsir aldığı ermənilərlə dəyişdirilmək üçün saxlanırdı.

  • Azərbaycanlı əsirlər, Qarabağ

    Onların arasında uşaqlar da vardı. Biz aşkar etdik ki, onların çoxu heç azərbaycanlı deyil, ermənilərlərdir və onlara əsir uşaqlarla azad mühitdə oynamağa icazə verilmişdi. İndiyədək yadımdadır, onları bir-birindən fərqləndirmək mümkün deyildi. Hər zaman Gürcüstanda və digər yerlərdə ermənilər və azərbaycanlılar arasında ünsiyyəti müşahidə edəndə də bunu hiss edirəm.

  • Azərbaycanlı əsirlər, Qarabağ

    Və bu həqiqətdir. Etnik ermənilər və azərbaycanlılar münaqişə zonasından kənarda, başqa ölkələrdə birlikdə yaşaya bilirlər və onların ümumi oxşarlıqları çoxdur.

  • Qarabağda toy

    1994-cü ildə Dağlıq Qarabağda erməni toyunda fotolar çəkmişdim. Ən sonuncu isə 2009-cu ildə Gürcüstandakı Karacala adlı azərbaycanlı kəndində şəkil çəkmişəm.

  • Qarabağdan qaçqın, Yerevan 1994

    Hər ikisi yeməkdən musiqiyədək bir-birinə çox oxşar idi. Həmçinin Gürcüstanda qarışıq etnik erməni və azərbaycanlı əhalisi olan kəndlərdə materiallar toplayanda görürdüm ki, onlar bir-birlərinin dilində danışır.

  • Stepanakert/Xankəndi

    Bunları heç də hər iki tərəfin münaqişədə yaşadığı ağrı-acılarına sayğısızlıq edərək demirəm, sadəcə 1994-cü ildə bağlanmış atəşkəsdən keçən illər ərzində münaqişənin etnik olduğunu söyləmək mənim üçün hər gün daha da çətinləşir.

  • Stepanakert/Xankəndi

    Əvəzində, hər iki tərəfdə millətçilər və siyasətçilər münaqişənin etnik olmasında israr edərək onu manipulyasiya etməyə çalışmaqda ikən, mənim üçün problem hələ də, ermənilər və azərbaycanlıları bir-birindən ayıra bilməməkdir. Bu, xüsusilə də, uşaqlara aiddir.

  • Qayaneh, Xrmort, Dağlıq Qarabağ

    Və bu fikirlər məni 1994-cü ildə çəkdiyim sevimli şəklə aparır. Bu, kiçik qız Qayanehin şəklidir. O, Ağdama yaxın Xrmort kəndində yaşayır. Müharibənin dəhşətlərinin üzündə buraxdığı izlərlə yaşından tez yaşlanmış bu qız yalnız mən ona kameranın arxasından dilimi çıxaranda gülümsədi.

  • Qarabağdan qaçqın, Yerevan 1994

    Yadımdadır, o vaxt mən regiona davamlı sülhün gələcəyinə ümid edirdim.

    Təəssüf ki, Qayaneh və mən, eləcə də, Ermənistan və Azərbaycanda tərəflərin sülh şəraitində yaşadığı vaxtları xatırlaya bilməyən yeni nəsillər, hələ də gözləyirik…

Onnik Krikorian Yerevanda yaşayan Britaniyalı jurnalist və fotoqrafdır. O, Global Voices Online saytının Qafqaz üzrə redaktorudur və Dağlıq Qarabağ münaqişəsinə dair alternativ insan hekayələrini öz Klikləyin saytında etdirir.

BBC Azərbaycancaya təqdim etdiyi şəkillərdə o, 1994-cü ildə Dağlıq Qarabağa səyahəti zamanı gördüklərindən bəhs edir.

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.