Ermənistanda potensial miqrantların sayı 40% təşkil edir

Son yeniləmə: 30 noyabr, 2011 - 11:47 GMT
Ermənistanda potensial miqrantların sayı 40% təşkil edir.

Ermənistanda mühacirət göstəricisi, yəni mühacirət etməyə hazır olanların sayı əhalinin ümumi sayının 40 faizini təşkil edir.

Bu rəqəm Ermənistan Sosioloji Assosiasiyasının ötən ayın sonunda keçirdiyi sorğunun nəticələrini əks etdirir.

Sorğu Ermənistanın müxtəlif bölgələrində 15-25 yaşlı 1065 gənclər arasında keşirilib.

Assosiasiyanın sədri Qevorq Poğosyanın sözlərunə görə, “bu, adi mühacirət deyil, bu, erməni əhalisinin ölkədən çıxıb getməsi prosesidir”.

“Mühacirət çox ölkələrə xasdır, bu, normal haldır. Lakin əhalinin 30 faizi gedəndə, bu, artıq ölkədən baş götürüb getməyə bənzəyir”.

Qevorq Poğosyan doğum sayının 2 dəfə azaldığını və daha az ailələr qurulduğunu qeyd edir.

“Dövlət gənc ailələrdə çoxuşaqlılığı həvəsləndirməlidir. Yol tikintisi, ordu üçün investisiyalar tapılırsa, döğumun həvəsləndirilməsi üçün də pul tapmaq olar”, - deyir Qevorq Poğosyan.

Sorğuda iştirak edən gənclərin 65 faizi öz gələcəyini Ermənistanda gördüklərini bildiriblər, 15,4 faizi ölkıni tərk etmək niyyətindədir, 22 faizi isə bunu mümkün hesab edirlər. Maraqlıdır kı, qızların vətənə bağlılığı oğlanlardan daha möhkəmdir.

Mühacirətin səbəbləri təhsil almaq, işsizlik və ağır iqtisadi vəziyyətlə izah edilir. Gənclərin təxminən 26 faizi ailə qurmağa hazırlaşmadığını bildirib.

Mövzuya aid

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.