bbc.co.uk navigation

Mövzu bizdən, şəkillər sizdən!

Son yeniləmə: 29 noyabr, 2011 - 15:19 GMT

BBC Azərbaycanca oxucularının çəkdiyi fotoları dərc edir. Biz mövzu təyin edirik, sizsə sadəcə kameranızı götürün və fotolar çəkərək bizə göndərin.

Mövzular üzrə seçdiyimiz şəkilləri saytımızda dərc edəcəyik.

İlk mövzumuz “Azərbaycanda payız” idi. Göndərdiyiniz şəkilləri paylaşırıq.

Payız

  • Azərbaycanda payız
    Şamaxı yolu boyunca xəzəl yolun kənarına xalı döşəyib. Foto: Aytən Süleymanova
  • Azərbaycanda payız
    Basqalda payızın sonları. Foto: Aytən Süleymanova
  • Azərbaycanda payız
    Balakəndə payız çiçəkləri qar düşməzdən öncə Günəşin şüalarından xoşallanır. Foto: Günel Əliyeva
  • Azərbaycanda payız
    Yay isti keçdiyindən payızda almaların yanaqları qıp-qırmızıdır. Foto: Günel Əliyeva
  • Azərbaycanda payız
    Paytaxt Bakıda Xəzərin üzərini payız buludları almaqdadır. Foto: Jalə Nəcəfova

Növbəti mözumuz "Qış"dır.

Müxtəlif şəhərlərdə, kəndlərdə, eləcə də paytaxtda çəkdiyiniz şəkillər bizim üçün çox maraqlıdır.

Şəkilləri pics.azeri@bbc.co.uk və ya azeri.service@bbc.co.uk ünvanına göndərin.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.