
Bununla bağlı bəyannamə cümə günü axşam başa çatan müxalifətin Yerevandakı mitinqində səsləndirilib.
Sarkisyan baş nazir olduğu zaman xidməti vəzifəsindən sui-istifadə edib, seçkiləri saxtalaşdırılması və hakimiyyəti qəsb edilməsində ittiham olunur.
Erməni Milli Konqresi sentyabr ayında gənc fəalının həbsindən sonra hakim koalisiya nümayəndələri ilə dialoqu davam etdirməkdən imtina edib və mübarizəsini Serj Sarkisyanın istefası istiqamətinə yönəldəcəyini bildirib.
Sarkisyana baş Nazir vəzifəsində fövqəladə vəziyyət elan etmək və 2008-ci il martın birində dinc nümayişi qüc tətbiq edərək dağıtmaq haqqında qeyri-qanuni qərarı dəstəklədiyi də xatırladılır.
Mühacirət səviyyəsi ölkənin gələcəyini təhlükəyə uğradır, və vəziyyətdən yeganə çıxış yolu Serj Sarkisyanın istefasıdır, deyilir Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresin cümə günü mitinq zamanı yaydığı bəyannamədə.
Hakim Respublikaçılar Partiyasının nümayəndəsi mitinqdən əvvəl impiçment təşəbbüsünün nəticə verməyəcyini deyib.
Müxalifətin işi, xüsusilə də qarşıdan gələn parlament seçkiləri ərəfəsində, hakimiyyəti tənqid etməkdən ibarətdir. Bu yeni deyil, belə ki, müxalifət 4 il ərzində impiçment və növbədənkənar seçkilər tələb edir. Lakin biz onların heç bir siyasi proqnozunun doğrulmadığını görürük. – deyib Eduard Şarmazanov.
























