bbc.co.uk navigation

Azərbaycan ermənilərin telemarafonuna etiraz edir

Son yeniləmə: 25 noyabr, 2011 - 15:25 GMT
telemarafon

14-cü dəfə keçirilən Telemarafon cümə axşamı Yerevan vaxtı ilə saat 20:00-dən cümə günü saat 8:00-dək davam edib

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Qarabağa xaricdən yardım Ermənistanın diasporadan asılılığını göstərir.

Ermənistanda təşkil olunmuş Telemarafon nəticəsində yığılan vəsaitlər Ermənistanla Dağlıq Qarabağda su təchizatı sahəsinin abadlaşdırılması üzrə proqramının gerçəkləşdirilməsinə yönəlməlidir.

“Hayastan” Ümumerməni Fondun növbəti telemarafonunu nəticəsində 12 milyon 284 min 478 dollar ianə verilib və vəd edilmişdir.

“Bu ölkə diasporanın əlində alətə çevrilib. Qarabağ qüdrətli Azərbaycan dövləti tərkibində dirçələ bilər. Hazırda isə xaricdən gələn yardım işğal olunmuş ərazilərdə gözdən pərdə salmaq rolunu oynayır”, - deyib Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev.

Rəsminin fikrincə Qarabağa yardım tənzimləmə prosesinin uzadılmasına xidmət edir.

14-cü dəfə keçirilən Telemarafon cümə axşamı Yerevan vaxtı ilə saat 20:00-dən cümə günü saat 8:00-dək davam edib, Los-Ancelesdən Avropa, Şimali və Cənubi Amerika, Yaxın Şərq və Asiya ölkələrində yayımlanıb. Ermənistanda telemarafon İctimai, “Armenia”, “Şant” və “Yerkir Media” televiziya şirkətlərinin dalğalarında translyasiya olunub.

Ötən ilə nisbətən, bu il telemarafon nəticəsində toplanan məbləğin miqdarı təxminən iki dəfə azdır. Telemarafon-2010 zamanı 20,8 milyon dollar toplanmışdı. Lakin bu il toplanan pulun bir qədər artırılacağına ümid edilir. Dekabrın ortalarında Moskvada prezident Sarkisyanın iştirakı ilə xeyriyyə ziyafəti keçiriləcəyi nəzərdə tutulur.

Maraqlıdır ki, adətən telemarafondan qabaq təşkil edilən Moskva ziyafətinin keçiriləcəyi haqda bu dəfə telemarafondan sonra xəbər verilib. Bəzi müşahidəçilər bunu telemarafonla bağlı ümidlərin doğrulmadığı və məbləği Rusiyada fəaliyyət göstərən erməni biznesmenlərinin ianələri hesabına artırmaq niyyətilə izah edirlər.

Görünür, telemarafon təşkilatçılarının Rusiya erməni icmasının dövlətli nümayəndələri ilə davamlı danışıqları marafonun başa çatması vaxta təsadüf edib.

Rusiyalı erməni sahibkarları yola gətirmək məsələsinin müşkülləşməsini də istisna etmək olmaz. Məsələn, xeyriyyə ziyafətlərin ən fəal iştirakçılarından biri Samvel Karapetyanın qardaşı Karen Karapetyan iki ay bundan əvvəl Serj Sarkisyanın fərmanı ilə prezident administrasiyası rəhbəri vəzifəsindən azad edilməsi sahibkarın ziyafətə həvəsini korlaya bilərdi.

Digər erməni mənşəli Rusiya biznesmenləri Rusiya üzərinə daha güclü təsir göstərəcəyi ehtimal olunan yeni iqtisadi böhran dalğası daha ehtiyatlı olmağa vadar edə bilərdi.

Sosial və ictimai məsələlər üzrə xülasəçi Ceyms Hakobyan bir halı da – Rusiya Dövlət Dumasına seçkilərlə əlaqədar, erməni iş adamları üzərinə də “vergi qoyulduğunu” – istisna etmir.

Hər necə olsa, telemarafonun təşkilatçıları bir neçə milyon dollar da prezident Serj Sarkisyanın iştirakı ilə erməni mənşəli Rusiya biznesmenlərinin Moskva ziyafətindən umurlar.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.