bbc.co.uk navigation

Ələt-Astara yolunu inşa edənlər tətili müvəqqəti dayandırıblar

Son yeniləmə: 17 oktyabr, 2011 - 14:05 GMT
Avtomobil yolu

Salyan rayonunda Ələt-Astara avtomobil yolunun tikintisində çalışan fəhlələr keçirdikləri tətili 1 həftəyə dək dayandırıblar.

İtaliyanın Todini şirkətinin azərbaycanlı işçiləri bazar ertəsi səhər tətili dayandıraraq işə çıxıblar.

Turan agentliyinin məlumatına əsasən, fəhlələr bildiriblər ki, şirkət rəhbərliyinə qarşılarına qoyulmuş məsələləri həll etmək üçün bir həftə vaxt verməyə hazırdırlar.

Fəhlələr tətilə şənbə günü səhər başlamışdılar. Onlar əmək haqqının aşağı və əmək şəraitinin pis olmasına, əcnəbi personalın azərbaycanlı işçilərə qarşı təhqiredici münasibətinə etiraz ediblər.

Tətilçilər xüsusən əcnəbi və yerli personalın əmək haqları arasında fərqin böyük olmasından, yeməkxanada antisanitariyadan, yaşama şəraitindən narazıdırlar.

İtaliyanın Todini şirkətinin Azərbaycan üzrə bütün layihələrinin rəhbəri Alberto Kattozi oktyabrın 17-də Salyan rayonuna gedib, tətil edən yerli işçilərlə görüşüb.

O, tətilçilərdən işi bərpa etmələrini xahiş edib və şirkətin imkanları daxilində onların tələblərini təmin etməyə söz verib.

Mövzuya aid

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.