
AİBA rəhbəri bu bəyanatla şənbə günü Bakıda keçirdiyi mətbuat konfransında çıxış edib, APA agentliyi xəbər verir.
BBC-nin sentyabrın 21-də efirə getmiş Newsnight proqramında Azərbaycanın Boks üzrə Dünya Kuboku beynəlxalq boks təşkilatına milyonlarla dollar gizli odəniş etdiyi barədə səslənmiş ittihamlarla bağlı, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu bildirib ki, AIBA-ya ittihamları sübut edən faktlar indiyə qədər təqdim olunmayıb.
AİBA prezidenti Çinq-Kuo Vu, həmçinin vurğulayıb ki, BBC Newsnight proqramında səslənən ittihamları araşdırmaq üçün yaradılan xüsusi təhqiqat komitəsinin üzvlərinin adıçəkilən televiziya əməkdaşları ilə görüşü nəzərdə tutulsa da, bu, baş tutmayıb.
BBC nümayəndə heyəti bizə fakt təqdim etməli idi. Lakin ortada heç nə yoxdur, səslənən ittihamlarla bağlı bizə hansısa fakt göstərilməyib . Bu səbəbdən təhqiqat komitəsi BBC nümayəndələri ilə əlaqə saxlamır.
AİBA rəhbəri Bakıda təşkil olunan dünya çempionatının "çox yüksək səviyyədə təşkil olunduğunu, döyüşlərin ədalətlə idarə olunduğunu" xüsusilə vurğulayıb.
























