
Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə 2020-ci il Olimpiya Oyunlarının Baklda keçirilməsi üçün ərizə ilə müraciət edib.
Olimpiya 2020-ni keçirmək istəyən paytaxtlar arasında İstanbul, Madrid, Roma, Tokio, Doha və Qətər var.
Olimpiya oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin Olimpiya Komitələri cümə axşamının sonunadək ərizələrini Beynəlxalq Olimpiya Komitəsinə (BOK) göndərməlidirlər.
BOK namizədlərin siyahısını cümə günü açıqlayacaq.
Bakı 2016-cı il Olimpiya oyunlarını keçirmək üçün müraciət etsə də, finalçılar siyahısına düşə bilməyib.
Associated Press agentliyinin məlumatına görə, Azərbaycan MOK sözşüsü Könül Nurəliyeva 2016-cı il oyunlarının keçirilməsinə müraciət zamanı qazanılmış təcrübənin bu il Bakı üçün faydalı olacağını söyləyib.
O, Bakı yaxınlığında Olimpiya oyunları üçün stadionun tikintisinə başlandığını da bildirib.
BOK Olimpiya 2020-ni keçirmək üçün məqbul görülən namizəd ölkələrin son siyahısını gələn ilin may ayında açıqlayacaq.
Oyunlara ev sahibliyi edəcək şəhərin adı 2013-cü ilin sentyabrında Buenos Ayresdə açıqlanacaq.
























