Jurnalist Natiq Adilov Azərbaycanın birinci prezidentinin oğlunun yasında iştirak edib və Ayaz Mütəllibovu necə gördüyünü danışır.
Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.
Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov torpağa tapşırılıb.
Mərhumla vida mərasimi Təzə pir məscidində keçirilib.
APA xəbər verir ki, mərasimə ötən gün Moskvadan Bakıya gələn Ayaz Mütəllibov, mərhumun ailə üzvləri, yaxınları, həmçinin cənab Mütəllibovla birgə çalışan şəxslər qatılıb.
Günortadan sonra Azad Mütəllibov Yasamal qəbiristanlığında, babası Niyazi Mütəllibovun yanında torpağa tapşırılıb.
49 yaşlı Azad Mütəllibov ürək problemlərindən bazar ertəsi vəfat edib.
Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək bazar ertəsi axşam Moskvadan Bakıya gəlib.
Jurnalist Natiq Adilov Azərbaycanın birinci prezidentinin oğlunun yasında iştirak edib və Ayaz Mütəllibovu necə gördüyünü danışır.
BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.